Azərbaycan boksçusu finalda -Millətlər kuboku
Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 idmançısı rinqə çıxıb.
Sportfm.az xəbər verir ki, dörddəbir finalda macarıstanlı Laura Horvatı məğlub edən Aynur Mikayılova (52 kq) yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkib. Gənc boksçular arasında baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, yanvarın 22-də keçiriləcək finalda Draqana Yovanoviçlə üz-üzə gələcək.
Böyüklərin mübarizəsində Günel Rəhimova da mərhələ adlayıb. Turnirdə 48 kiloqram çəki dərəcəsində gücünü sınayan boksçu dörddəbir finalda əlcəzairli Fatiha Mansuri ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən G.Rəhimova finala gedən yolda Nikola Durikova (Slovakiya) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Anaxanım İsmayılova (50 kq) yarımfinalda Petra Mezeiyə (Macarıstan) məğlub olaraq, üçüncü yeri tutub. Məhsəti Həmzəyeva (57 kq) isə dörddəbir finalda Lakramioara Periyoça (Rumıniya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb.
Yarışın üçüncü günündə millimizin 2 üzvü döyüşə çıxacaq.
Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kuboku yarışının ilk günündə gənc boksçular arasında mübarizə aparan Nərmin Əlizadə (50 kq) və Aysu İsmayılova (48 kq) bürünc medala sahib olublar.
Oxşar xəbərlər
3 boksçumuz qələbə qazandı - Dünya Kuboku
Millətlər Kubokundan 11 medal
Boksçularımız Millətlər kubokunda qızıl medal qazandı - FOTO
Aynur Mikayılova finala vəsiqə qazandı
Boksçularımız beynəlxalq yarışda finala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası