reklam
İsmayılova final oyununu idarə edəcək -
Sportfm.az xəbər saytı

İsmayılova final oyununu idarə edəcək -Çağırış Kuboku


Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.

Sportfm.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını icra edəcək.

Bu gün Yunanıstanda keçiriləcək qarşılaşma saat 22:00-da başlayacaq. İlk dueldə “Olimpiakos” qələbə qazanıb (3:0).

CEV-in bu matç üçün təyinatına əsasən, İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.

Oxşar xəbərlər

Federasiyası rəsmisi Çempionlar Liqasının oyununda
Eldar Zülfüqarov EEVZA çempionatında - Təyinat
CEV-dən AVF rəsmilərinə təyinat
Ağayevə növbəti etimad
Zöhraba yeni təyinat - Çelenc Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər