Yığmanın baş məşqçisi əməliyyat olunacaq
Azərbaycanın U-19 futzal millisinin baş məşqçisi Ağatahir Əzimov Avropa çempionatının əsas mərhələsində komandanın yanında ola bilməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Əzimovun səhhətində problemlər yaranıb. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına U-17 yığmamızın çalışdırıcısı İlqar Aslanov çıxaracaq.
Hazırda təlim-məşq toplanışı keçirən U-19 millimizin hazırlıq prosesinə də İlqar Aslanov rəhbərlik edir.
Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Fransadan 5 top buraxdıq - Uğursuzluq
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Fransa ilə oyunumuzu ingilis idarə edəcək - TƏYİNAT
Yığmamızın oyunlarının təqvimi - Avro-2023
Millinin toplanışı ləğv edildi - Kütləvi yoluxma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin