reklam
Şahruddin nə vaxt yaşıl meydanlara qayıdacaq? -
Sportfm.az xəbər saytı

Şahruddin nə vaxt yaşıl meydanlara qayıdacaq? -Sualın cavabı


Qış toplanışı zamanı zədələnən "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev bütün cəhdlərə baxmayaraq, milli komandamızın AVRO-2024-ün seçmə mərhələsinin Avstriya (24 mart) və İsveçə (27 mart) qarşı keçiriləcək görüşlərində iştirak etməyəcək.

Sportfm.az xəbər verir ki, 29 yaşlı qolkiper əməliyyatdan sonra fərdi proqram üzrə bərpasını davam etdirir.

Risk etməmək üçün onun komanda ilə birlikdə tam məşqlərə qoşulmasına həkimlər icazə verməyib.

Məhəmmədəliyevin martın sonuna kimi kollektivlə məşqlərini bərpa edəcəyi gözlənilir. 

 

Oxşar xəbərlər

Şahruddin 2 qol buraxdı
Şahruddin Məhəmmədəliyev nə vaxt meydana çıxacaq?
Şahruddin məşqlərə başladı - FOTO
“Qarabağ”da Şahruddin şoku
"Qarabağ"da ciddi itki - Əsas qapıçısı əməliyyat edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər