reklam
Futzal yığmamızın üzvü macarların sərtliyindən danışdı - MÜSAHİBƏ
Sportfm.az xəbər saytı

Futzal yığmamızın üzvü macarların sərtliyindən danışdı - MÜSAHİBƏ


Futzal millimiz son oyunda Macarıstanı 6:1 hesabı ilə məğlub edərək, Avropa çempionatına vəsiqə qazandı. Böyük uğurda pay sahibi olanlardan biri də "Araz"ın üzvü, braziliyalı Eduardo Mello Borges oldu. Son matçda zədə alaraq meydançanı tərk edən oyunçu Sportfm.az saytına zədəsi ilə bağlı danışdı:
"Macarlar çox sərt oynayırdı. Onlarla çox çətin oldu. Fiziki cəhətdən əla hazırlıqlı idilər. İkili mübarizələrin birində ayağımdan zədə aldım. Əslində, zədə aldım deməzdim, sadəcə köhnə zədəmi təzələdim. Düşünürəm ki, bir müddət məşqlərə ara verməli olacam.Əsas qitə çempionatının final mərhələsinə yaxşı formada yollanmaqdır. Orada uğur qazanacağımıza isə şübhə etmirəm".
Qeyd edək ki, Avropa çempionatının əsas seçmə mərhələsində millimiz maksimum xal toplayaraq, final mərhələsinə vəsiqə əldə edib. 

Oxşar xəbərlər

Millimiz Kosovo yığmasına məğlub oldu
Futzal yığmamız biabırçı hesabla məğlub oldu
Fineo Araujo:"Finalda oynamaq pis olmazdı"
Xətai Bağırov: "Özümüzü sübut edəcəyik"
İsa Atayev: "Gələcəkdə onun milli komandaya çox köməyi dəyəcək" - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər