İsa Atayev: "Gələcəkdə onun milli komandaya çox köməyi dəyəcək" - ÖZƏL
Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində bu gün Albaniya yığması ilə qarşılaşan Azərbaycan milli komandası 5:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Kardosa Everton, Eduardo Mello Borges, Oliviera Villiams De Naskimento, Namiq Məmmədkərimov və Xətai Bağırov vurub. Matçın ən yaxşılarından olan "Araz”ın üzvü İsa Atayev Sportfm.az saytına müsahibəsində bir çox məqamlara aydınlıq gətirdi.
-Bosniya və Herseqovina ilə matç çətin alındı, həmin görüşdə nə çatışmırdı?
- Həqiqətən meydanda ağır mübarizə getdi. Bosniyalılar yaxşı təşkil olunmuş yığmadır. Uzun müddətdir bir yerdə oynayırlar, əksəriyyəti ucaboy, fiziki cəhətdən güclüdürlər. Özünüzdə seyr etdiniz, onlarla oynamaq asan olmadı.
-Həmin görüşdən sonra baş məşqçi Biro Jade bildirdi ki, azərbaycanlı oyunçuları məhz rəqib futzalçılar ucaboy olduqlarına görə daha çox eytiyatda saxladı.
-Albaniya ilə keçirilən ikinci görüşdə bizə daha çox etimad göstərildi, yerli futzalçılar isə əvəzində oyunları ilə özlərini doğrultdu. Düşünürəm ki, növbəti matçlarda bizə daha çox inanarlar və meydana buraxarlar. Azərbaycanda futzalın böyük ənənəsi var, uzun illərdir bu oyun ölkəmizdə sevilir. Hazırda isə üstünlük əsasən braziliyalılara verilir.
-İlk matçda iştirak etməsinə baxmayaraq, Faiq Əliyev("Neftçi”) son görüşdə az şans qazandı.
-Faiq böyük potensialı olan futzalçıdır. İlk rəsmi oyunda Bosniyaya qarşı debüt etdi. Mənim fikrimcə, pis alınmadı. Təbii ki, əgər nə isə alınmayıbsa, onu qınamaq olmaz. Birinci dəfə elə səviyyədə çıxış etmək çətindir. Belçika ilə meydana çıxdığım ilk görüşdə məndə yaxşı alınmışdı. Düzdür, ilk dəqiqələr həyəcan var idi. Ancaq hardansa başlamaq lazımdır. Faiqin gələcəkdə bizim milli komandaya çox köməyi dəyəcək.
-Albaniya ilə oyunda fərqlənmək imkanın var idi, ancaq həmin epizodda Xətainin qol vurması üçün şərait yaratdın.
-Oyunda kimin qol vurmasının böyük önəmi yoxdur. Əsas odur ki, millimiz aktivinə üç xal yazdırdı. Xətainin qol vurmasına isə ayrıca sevindim.
Oxşar xəbərlər
Hikmət Bağırov:"Bunun bizə çox faydası dəyəcək"
Futzal: Millimiz Albaniyanı darmadağın etdi
Biro Jade:"Çempionatın səviyyəsi qalxmalıdır"
Biro Jade heyəti açıqladı, Çovdarov yenə kənarda qaldı
"Araz"ın 10 futzalçısı yığmaya çağırıldı!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası