Əliyar Ağayevin təyinat aldığı oyun təxirə salındı -Qəzaya görə
Bu gün Yunanıstan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilməli olan “Olimpiakos”la AEK arasındakı cavab oyunu təxirə salınıb.
Sportfm.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Buna Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəb olub. Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb. Buna görə ölkə ərazisində üç günlük matəm elan olunub. Federasiya da həm bu gün, həm də qarşıdakı iki günə planlaşdırılmış bütün oyunların təxirə salınmasına qərar verib. Təxirə salınmış oyunların nə vaxt keçiriləcəyinə daha sonra aydınlıq gələcək.
“Olimpiakos” – AEK oyununa azərbaycanlı FİFA referisi Əliyar Ağayev təyinat almışdı. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəkdilər. Elçin Məsiyev isə VAR-da iş başında olacaqdı. Matç Bakı vaxtı ilə saat 22:00-da başlamalı idi.
Bu komandalar arasındakı ilk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlmişdi.
Oxşar xəbərlər
Əliyar Ağayevdən 11 sarı vərəqə - Yunanıstan kuboku
Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinalında - Təyinat
Əliyar Ağayev Yunanıstana yollanır
Türkiyə Super Liqasının matçı təxirə salındı - Terror hadisəsinə görə
Əliyar Ağayev Superliqanın final oyununda - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası