reklam
“Xarı bülbül” MOİK-dən üstün oldu
Sportfm.az xəbər saytı

“Xarı bülbül” MOİK-dən üstün oldu


Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir təxirə salınan oyun keçirilib.

Sportfm.az xəbər verir ki, VII turun baş tutmayan “Xarı bülbül” - MOİK matçı Voleybol Mərkəzində təşkil olunub. Qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlayıb. İlk hissədə 27:25 hesabı ilə qalib gələn “Xarı bülbül” komandası sonrakı setləri də aktivinə yazıb - 25:08, 25:19. 

Beləliklə, bu matçdan sonra Azərbaycan Yüksək Liqasında III dövrə başa çatıb. Üç dövrədən sonra “Murov” 26 xalla turnir cədvəlinə liderlik edir. 15 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur. 

VII tur ( təxirə salınan oyun)
“Xarı bülbül” - MOİK 3:0 (27:25, 25:08, 25:19)

Oxşar xəbərlər

Liderdən növbəti qələbə - Yüksək Liqa
“Neftçi” rəqibindən gücsüz oldu
Lider növbəti qələbəsini qazandı - Yüksək Liqa
“Neftçi” məğlub oldu - Yüksək Liqa
“Xarı bülbül” "boynunu bükdü" - Azərbaycan Yüksək Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər