
"Qarabağ"ın qapıçısının cəzası nə olacaq? - FOTO
Ötən gün ölkə çempionatında baş tutan "Qarabağ"-"Neftçi" matçı insidentsiz ötüşməyib.
Sportfm.az xəbər verir ki, qarşılaşmanın gedişində ağdamlıların qapıçısı Luka Quqeşaşvili qonaq komandanın azarkeşləri tərəfindən meydanın kənarına atılan fişənglərdən birini götürərək, "Neftçi"nin loqosu olan bannerə doğru fırladıb. Lukanın bu qəsdli hərəkəti "Neftçi" fanatlarının hiddətinə səbəb olub. Hətta onlardan bir neçəsi qapıçının cavabını vermək üçün meydana belə atılmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların bu cəhdlərinin qarşısını alınıb.
Təbii ki, bu düşüncəsiz hərəkət iğtişaşa gətirib çıxara bilərdi. Lukanın komanda yoldaşı olan Kevin Medinə həmin hadisə zamanı onun bu hərəkətinə görə, azarkeşlərdən üzr istəməklə yanaşı, gürcü kiperə də haqlı olaraq iradını bildirib.
İndi isə ən maraqlısı odur ki, görəsən Azərbaycan futbolunun flaqmanına, onun loqosuna qarşı hörmətsizlik edən gürcüyə nə cəza verəcəklər?!

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |