8-ci dəfə dünya çempionu oldu -UĞUR
Sloveniyanın Planitse şəhərində xizək idmanı üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, mundialın 5-ci günündə 3 müxtəlif yarışda qaliblər müəyyənləşib.
Kişilər arasında komanda sprinterçilərinin mübarizəsində Norveç millisi uğur qazanıb. Pol Qolberq və Yohannes Klebo 17 dəqiqə 28 saniyəlik göstərici ilə yarışın qalibi olub. Bununla da Klebo dünya çempionlarında 8-ci qızıl medalına sahib çıxıb. Pol Qolberq isə karyerasında ilk dəfə dünya çempionatlarında fəxri kürsünün üst pilləsinə qalxıb.
Norveçlilərdən 2,48 saniyə geri qalan Françesko de Fabiani və Federiko Pelleqrinodan ibarət İtaliya millisi ikinci yerə çıxıb. Rene Je və Rişar Juvla mübarizə aparan Fransa yığması isə 3-cü olub.
Qadın sprinterlərin komanda yarışında İsveç xizəkçiləri rəqiblərini qabaqlayıb. Emma Ribom və Yonna Sundlinq 19 dəqiqə 40 saniyəyə finiş xəttini birinci keçib. Anne Kyersti Kalvo və Tiril Udnes Venqlə yarışan Norveç millisi onlardan 2,42 saniyə geri qalaraq ikinci yeri tutub. Amerikalı Cessika Diqqinslə Culiya Kern isə mübarizəni 3-cü sırada tamamlayıb.
Xizək ikinövçülüyünün miks yarışında isə Norveç idmançıları qalib gəlib. Almaniya yığması ikinci, Avstriya seçməsi isə 3-cü yeri tutub.
Oxşar xəbərlər
Olimpiya çempionu olan xizəkçi futbolçu oldu - FOTO
“Pxençan-2018”: 26 ölkənin idmançıları medalçılar sırasında yer aldı
“Pxençan-2018”: 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar
Yaponiya yığması olimpiya rekordu ilə birinci oldu
Dakar rallisinin 10-cu mərhələsinə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası