"Daha yaxşı olacağıq" -Şahin Diniyev
"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının XXIV turunda doğma meydanda "Qəbələ" ilə 2:2 hesabı heç-heçədən sonra mətbuat konfransı keçiri. Sportfm.az xəbər verir ki, "dənizçilər"in çalışdırıcısı ilk olaraq görüş haqda danışıb.
- Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Azarkeşlər üçün maraqlı, bol qollu matç keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz sonuncu yerdəyik, onlar ön sıralarda. "Qəbələ"yə qarşı belə futbol oynamaq mənim üçün xoşdu. Komanda hər həftə daha yaxşı futbol oynamağa çalışır. Yeni transferlərimiz gözlədiyimizi verə bilirlər. Hər iki komanda qələbəyə layiq idi. Biz üç xala yaxın idik. Asan qollar buraxdıq. Bu, məni narahat edir.
- Komandanız ilk hissədə sanki toparlana bilmirdi. Oyununuzda nə çatışmırdı?
- Komandanın olduğu yer bizi sıxır, futbolçular təzyiq altındadırlar. Nə qədər motivasiya versək də, oyunçular turnir cədvəlinə baxanda sıxılırlar. Uduzmaq qorxusu hələ ki, onların içindən çıxmayıb. Artıq itirəcəyimiz bir şey qalmayanda özünəinam qayıtdı. Əvvəl çəkinə-çəkinə oynayırdıq. Məşqçi olaraq mənim də üzərimdə təzyiq var.
- Matçın başlamasına dəqiqələr qalmış Franko Mazurek zədələndi. Onun durumu nə yerdədir?
- Bu gün ilk dəfə hücumçusuz futbol oynayacaqdıq. Həftə ərzində bunun üzərində işləmişdik. Frankonun zədələnməsi ilə planlarımız pozuldu. Onu itirmək çox çətindir. MRT müayinəsindən sonra durumu bəlli olacaq. Düşünürəm ki, çox uzunmüddətli zədə olmaz. Ayağında burxulma var.
- Yeni transferiniz Matiya Lyuyiç bu gün qol vurdu. Onun oyunundan razıslz?
- Tam yox. Bacardığı daha çoxdur. Futbolçunun potensialına bələdəm. Onu çox izləmişdim. Transferin son günlərində onu gətirməklə bağlı qərar verdim. "Uypeşt"də əsas heyətdə yerini itirmişdi. Bir az funksional hazırlığı yerində deyil. Matçın sonlarında gücünün qalmadığı görünürdü. Həqiqətən də keyfiyyətli futbolçudur. Bəlkə də Azərbaycanda ən yaxşı legionerlərdən biri ola bilər.
- Hakim bu gün sərt oyuna icazə verirdi. Onun performansından razı qaldız?
- Hakimlikdən narazı qalsam, özlərinə deyirəm. Bu gün onlarlıq heç nə yoxdur. Bir epizodda biz künc zərbəsi qazanmışdıq, hakim bunu görmədi. Həmin epizodun davamında "Qəbələ" bizə qol vurdu. Ümumi olaraq oyunu yüksək səviyyədə idarə etdilər.
- Komandanız ikinci hissədə daha yaradıcı görünürdü. Növbəti matçlarda da bu vür hücumameyilli oynamağı düşünürsüz?
- Futbolda hücumameyilli, müdafiəyəmeyilli sözləri düzgün deyil. Hücumda oluruqsa, hamı iştirak etməlidir. Müdafiədə də həmçinin. Türkiyədəki təlim-məşq toplanışının bizə çox xeyri dəydi. Fiziki yükləmələrin nəticəsini bu gün görürük. Komandanın gücü var. Hər həftə daha yaxşı olacağıq./sport24.az/
Oxşar xəbərlər
Krunoslav Renduliç "Sabah"a inanır
Şahin Diniyev kiməsə söz verib - özü deyir
"Mən müdafiədə oturan komanda istəmirəm" - Elmar Baxşıyev
"Onlar gücümüzə güc qatmağa borcludurlar" - Təmkin Xəlilzadə
Roberto Bordin: "O, əl-qolla danışmağa başladı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası