reklam
Krivotsyuk Cənubi Koreya klubunda -
Sportfm.az xəbər saytı

Krivotsyuk Cənubi Koreya klubunda -Transfer


Millimizin üzvü  Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna transfer olunub.

Sportfm.az xəbər verir ki, bu barədə onun son klubu Polşa "Visla"sı (Plotsk) məlumat yayıb. Polşa mətbuatı Asiya klubunun oyunçu üçün "Visla"ya 600 min avro ödəyəcəyini yazıb. 

24 yaşlı müdafiəçi transferi ilə bağlı Cənubi Koreya klubunun saytına açıqlamasında deyib: "Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacağam. “Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir”.

Qeyd edək ki, Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən ayrılaraq Plotsk "Visla"sına keçmişdi.

Xatırladaq ki, "Tecon Xana Sitizen" Koreya yüksək liqasında mübarizə aparır. Bu turnirdə yeni mövsümə fevralın 25-i start veriləcək.

 

Oxşar xəbərlər

Millimizin üzvünün komandası 1/4 finala yüksəldi
O Koreyadan Azərbaycana qələbə ilə qayıdır - Anton Krivotsyuk
Millimiin üzvü Koreyada sonadək oynadı
Krivotsyuk yeni klubunda 600 000 alacaq - TRANSFER
Krivotsyuk oynadı, komandası qələbə qazandı - 3:0

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər