reklam
Azərbaycanın qazancı 1 medal oldu
Sportfm.az xəbər saytı

Azərbaycanın qazancı 1 medal oldu


Serbiyanın paytaxtı Belqradda qarışıq təktəbək döyüş növü (MMA) üzrə dünya çempionatı keçirilib.

Sportfm.az xəbər verir ki, 62 ölkədən 520-dən çox idmançının mübarizə apardığı turnirdə ölkəmizin idman şərəfini gənc və peşəkar olmaqla, ümumilikdə 6 idmançı qoruyub.

Azərbaycan komandasının qazancı bir medal olub. Esmira Məmmədova finalda məğlub olmaqla ikinci yerlə kifayətlənib. E.Məmmədovanın gümüş medalı MMA idman növündə ölkəmizin qadın idmançısının dünya çempionatında qazandığı ilk medal olub.

İdmançıya medalı Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının prezidenti Rövşən Həsənov təqdim edib.

Qeyd edək ki, Serbiyada səfərdə olan AZMMAF rəsmiləri qarşılıqlı əməkdaşlıqla bağlı mühüm görüşlər keçirib.

Oxşar xəbərlər

Azərbaycanın güləşçisi bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycan güləşçisi bürünc medal qazandı - Fərdi Dünya Kuboku
“EYOF Bakı 2019”: Cüdoçumuz gümüş medal qazandı
Cüdoçularımız “European Cup 2019”da 4 medal qazandı
Olimpiyaçılarımız Bakıya qayıtdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər