Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız “European Cup 2019”da 4 medal qazandı
İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında “European Cup 2019” turniri keçirilib.
Sportfm.az xəbər verir ki, oğlanlardan ibarət milli komandamız turnirdə 4 medal qazanıb. Belə ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Məmmədli uğurla çıxış edərək Avropa kubokunun qalibi olub. Vüqar Talıbov (73 kq) isə yalnız finalda məğlub olaraq qitə kubokunun gümüş medalı ilə kifayətlənib. Mətin Rzazadə (73 kq) və Hüseyn Məmmədov (90 kq-dan yuxarı) bürünc medal əldə ediblər.
İyirmi beş ölkədən 500-ə yaxın cüdoçunun mübarizə apardığı Fuengirola turnirində ölkəmiz 8 idmançı ilə təmsil olunub.
Oxşar xəbərlər
Kluj bizim üçün düşərli oldu - 4 medal qazandıq
Cüdoçularımız Polşada 1 qızıl və 1 gümüş medal qazandı
Cüdoçularımız İspaniya turnirinə uğurla başladı
Cüdoçularımız Avropa birinciliyinin ilk günündə iki medal qazandı - FOTO
Cüdoçularımız Avropa kubokunda 8 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası