reklam
Azərbaycan güləşçisi bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan güləşçisi bürünc medal qazandı -Fərdi Dünya Kuboku


Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Serbiyanın paytaxtı Belqradda davam edən Fərdi Dünya Kubokunda bürünc medal görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 130 kq-da mübarizə aparan idmançı polşalı Rafal Krayevski ilə qarşılaşıb.

Rəqibinə 9:0 hesabı ilə qalib gələn Kandelaki Azərbaycan yığmasına növbəti medalı qazandırıb.

63 kq çəki dərəcəsində Taleh Məmmədov Qırğızıstan təmsilçisi Kali Süleymanova 6:7 hesabı ilə uduzaraq, bürünc medal şansını əldən verib.

Qadınların mübarizəsində isə Tatyana Omelçenko 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya məğlub olmaqla, turnirdəki çıxışını başa vurub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Güləşçilərimiz Avropa çempionatını 3 medalla bitirdi
Yığmamız Dünya Kubokunda üçüncü oldu - 2 medalla
Güləşçilərimiz bürünc medal görüşünə vəsiqə qazandı - Fərdi Dünya Kuboku
Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər