"Azərbaycanın da canı yanır” -Tural Axundov
“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır”.
Sportfm.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Tural Axundov klubun mətbuat xidmətinə açıqlamasında Türkiyədə baş verən zəlzələ ilə bağlı fikirlərini bölüşərkən deyib.
Gəncə komandasının kapitanı Türkiyədə baş verənlərə görə məyus olduğunu bildirib:
“Adam bilmir ki, bu məqamda nə desin. Görüntüləri izləyirik, vəziyyət ağırdır. İndi hamı məyusdur. Təbii fəlakət nəticəsində bu qədər insanın dünyasını dəyişməsi, yaralanması hamıya pis təsir edir. Bir kibrit çöpü alovlananda bütün qutunu yandırır. Allah ölənlərə rəhmət eləsin, xəsarət alanlar tezliklə sağalsınlar. Qardaşlarımızın başı sağ olsun”.
Son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.
Oxşar xəbərlər
Bu komandanın 16 üzvü həlak oldu
Rumıniyalı futbolçunun əlcəkləri 500 minə satıldı - YARDIM
Daha bir futbolçu zəlzələdə dünyasını dəyişdi
Ahmet Eyüp Türkaslan həlak oldu
Türkiyədə bütün idman tədbirləri dayandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası