reklam
Sportfm.az xəbər saytı

"Yarasa" yuvaya döndü -TƏYİNAT


“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Ruben Baraxa çalışdıracaq.

Bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Lakin 47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Futbolçu karyerası dönəmində də “Valensiya”da oynamış Baraxa, vaxtilə bu klubun yeniyetmələrdən və gənclərdən ibarət komandalarında məşqçi kimi də çalışıb. O, “Elçe”, “Rayo Valyekano”, “Spotinq” (Xixon), “Tenerife” və “Saraqosa”da baş məşqçilik edib.

Baraxa “Valensiya”da ötən ay istefaya göndərilmiş Cennaro Qattuzonu əvəz edib. Komanda bu mövsüm La Liqada keçirdiyi 21 oyunda cəmi 20 xal toplayıb və 18-ci pillədə qərarlaşıb

Oxşar xəbərlər

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
Millidə yeni baş məşqçi - Müqavilə
Bu klub erməniyə tapşırıldı
Şenol Can baş məşqçi olacaq - Təyinat
"Səbr kasaları daşdı", Selades qovuldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər