reklam
Şenol Can baş məşqçi olacaq -
Sportfm.az xəbər saytı

Şenol Can baş məşqçi olacaq -Təyinat


Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Şenol Can çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Yeni baş məşqçi bu postda bir gün öncə istefa vermiş Sami Uğurlunu əvəz edib.

Şenol Can daha öncə də “Kasımpaşa”da çalışıb. 2020/21 mövsümünün son 10 turunda bu komandaya məhz sözügedən mütəxəssis rəhbərlik edib.

“Kasımpaşa” yeni mövsümün ilk turunda “Başakşəhər”ə 0:4, 2-ci turda isə “Fənərbaxça”ya 0:6 hesabıyla məğlub olub.

Oxşar xəbərlər

"Kasımpaşa" yenidən Sami Uğurluya tapşırıldı
Millidə yeni baş məşqçi - Müqavilə
“Beşiktaş”ın yeni baş məşqçisi Şenol Günəş oldu – RƏSMİ
Super Liqada ilk baş məşqçi ayrılığı - İstefa
"Qalatasaray"la oyundan öncə onu gətirdilər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər