reklam
Bu klub erməniyə tapşırıldı
Sportfm.az xəbər saytı

Bu klub erməniyə tapşırıldı


“Monpelye”nin yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Romen Pito ilə yollarını ayıran Liqa təmsilçisi onu Mişel Ter-Zakaryanla əvəzləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada müqavilənin müddəti barədə məlumat verilməsə də, Fransa mətbuatı tərəflərin mövsümün sonuna kimi anlaşdığını yazıb.

Ter-Zakaryan 2017-2012-ci illərdə də bu komandada baş məşqçi kimi çalışıb. Komanda vaxtilə onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. 59 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.

“Monpelye” bu mövsüm 22 oyuna topladığı 20 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Super Liqadan sonra Premyer Liqada çalışacaq - Təyinat
Xose Luis Mendilibar "Sevilya"nın yeni baş məşqçisidir
"Yarasa" yuvaya döndü - TƏYİNAT
“Verona”da yeni baş məşqçi - Müqavilə
Gəlməsi ilə getməsi bir oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər