Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Super Liqadan sonra Premyer Liqada çalışacaq -Təyinat
Türkiyənin “Beşiktaş” komandasının sabiq baş məşqçisi Valerien İsmaelin yeni iş yeri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, fransalı mütəxəssis bundan sonra İngiltərənin “Uotford” komandasına rəhbərlik edəcək.
Bu barədə Çempionşip təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Lakin 47 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, Valerien İsmael son olaraq “Beşiktaş”a rəhbərlik edib. O, 2022-ci ilin martından oktyabrına qədər bu komandanı 18 matça çıxarmışdı. İsmel daha öncə “Vest Bromviç, “Barnsli”, LASK, “Apollon”, “Volfsburq”, “Nürnberq” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
Oxşar xəbərlər
"Beşiktaş"ın sabiq baş məşqçisi "Uotford"da - Müqavilə
"Yarasa" yuvaya döndü - TƏYİNAT
Şenol Can baş məşqçi olacaq - Təyinat
“Qalatasaray”ın yeni baş məşqçisi Domenek oldu - TƏYİNAT
Super Liqa klubunda Dan Petresku dönəmi başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası