reklam
Xose Luis Mendilibar
Sportfm.az xəbər saytı

Xose Luis Mendilibar "Sevilya"nın yeni baş məşqçisidir


“Sevilya” istefaya göndərdiyi Xorxe Sampaolini Xose Luis Mendilibarla əvəz edib.

Sportfm.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 62 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Mendilibar son olaraq İspaniyanin “Alaves” komandasının baş məşqçisi olub. O, 2022-ci ilin aprelindən bəri işsiz idi. Təcrübəli mütəxəssis daha öncə “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik” kimi komandalara rəhbərlik edib.

Xatırladaq ki, “Sevilya”ya 2022-ci ilin oktyabrından Sampaoli rəhbərlik edirdi. Komanda argentinalı məşçqinin rəhbərliyi altında bütövlükdə 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb. “Sevilya” La Liqada keçirdiyi 26 oyundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

"Sevilya" baş məşqçisini göndərir - Ayrılıq
Sampaoli işsiz qalmadı - Təyinat
La Liqa klubunda baş məşqçi ayrılığı
"Fənərbaxça"nı keçdi, postundan qovuldu
Pablo Maçin "Alaves"i çalışdıracaq - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər