reklam
Azərbaycan cüdoçusu Qran Pridə bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçusu Qran Pridə bürünc medal qazandı


Türkiyədə cüdo üzrə Qran Pri yarışı davam edir.
Sportfm.az xəbər verir ki, turnirin ikinci günündə tatamiyə çıxan Azərbaycan milli komandasının üç üzvündən yalnız biri – Hidayət Heydərov fəxri kürsüyə yüksələ bilib.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçu ilk cəhddə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib, 1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzduqdan sonra təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib.

Bu gün mübarizə aparan digər cüdoçulara gəlincə, Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub. Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib.

Qeyd edək ki, ilk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub.

Turnirə aprelin 10-da yekun vurulacaq.

Oxşar xəbərlər

Elcan Hacıyev qran-pridə “bürünc” qazandı
Turandan bürünc medal - Qran Pri turniri
Cüdoçularımız 4 medal qazandı
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Avropa çempionatına 2 medalla başladıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər