reklam
Avropa çempionatına 2 medalla başladıq
Sportfm.az xəbər saytı

Avropa çempionatına 2 medalla başladıq


Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxıb.

Yığmamız aktivinə 2 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov və 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, sabah daha 3 çüdoçumuz -  Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu ermənini diz çökdürdü
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Cüdoçularımız Paris “Böyük Dəbilqə”sini 3 medalla başa vurdu
Azərbaycan cüdoçusu İsraildə Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər