reklam
Avropanın 7 klubu bu futbolçunu istəyir
Sportfm.az xəbər saytı

Avropanın 7 klubu bu futbolçunu istəyir


İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati Avropanın 7 klubunun maraq dairəsindədir.

Sportfm.az xəbər verir ki, Almaniya təmsilçisi “Bavariya” gənc hücumçu uğrunda mübarizədə favorit sayılır.

Münhenlilərlə yanaşı, “Arsenal” və “Tottenhem” də daxil olmaqla İngiltərənin 4 klubu da 21 yaşlı forvardı heyətinə cəlb etmək niyyətindədir. Ancaq hələlik kataloniyalılar heç bir komandadan rəsmi təklif almayıblar. Fati “Barselona”da əsas heyətə düşməkdə çətinlik çəksə də, baş məşqçi Xavi Ernandes onun komandada qalmasını istəyir.

Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Oxşar xəbərlər

17 yaşlı oyunçu üçün 50 milyon avro - Təklif
Dünyanın ən yaxşı oyunçuları - SİYAHI
Joao Feliks Messini arxada qoydu - La Liqa
“Barselona” danışıqlara başladı - Fati ilə
Fati Çempionlar Liqasının tarixinə düşdü - İlk futbolçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər