reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" 300-ə çatdı -Misli Premyer Liqası


Misli Premyer Liqasının 20-ci turunda iki futbolçu “Qarabağ”da debüt edib. 

Sportfm.az xəbər verir ki, bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı “300”ü keçib.

“Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu “Qarabağ”ın heyətində meydana çıxmışdı. “Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub.

Qeyd edək ki, “Qarabağ” ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Bunadək yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.

Oxşar xəbərlər

Sonuncu turun oyunlarının vaxtı - Misli Premyer Liqası
“Qarabağ” – “Neftçi” görüşü nə vaxt baş tutacaq? - Cədvəl müəyyənləşib
"Şamaxı"nın kapitanı 9-cu oldu
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
“Qarabağ”ın rekordçusu 450-yə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər