BIÇAQ -“QEYRƏT SİMVOLU
Ötən gün “Səbail”-”Kəpəz” matçında Gəncə klubunun azarkeşi bıçaqlanıb, gecə əməliyyat olunub. Şükür, durumu yaxşıdı.
Son vaxtlar ölkədə bıçaqlanma hallarının sayı durmadan artır, artıq belə hallar idman yarışlarında da yaşanır. Şağandakı cüdo turnirindəki dəhşətli qətl hadisəsindən sonra Premyer Liqanın matçında da bıçaqlanma olayının baş verməsi onu göstərir ki, Azərbaycandakı idman yarışlarında(xüsusən də daxili) təhlükəsizlik baxımından ciddi işlər görülməlidi. Səthi, “yolaverdi” yanaşma, faciəyə gətirib çıxara bilər.
Ümumiyyətlə son illər ölkəmizdə çoxları bir-birinə “sözü” bıçaqla deyir. Bıçaq milli “qeyrət” simvoluna çevrilib. Sözü çəp gələn, həyat yoldaşını cəzalandırmaq istəyən, hədə-qorxu etmək məqsədilə, böyük kiçiyə, kiçik böyüyə bıçaq çıxarır, öldürür, ölür.
Bəs, cəmiyyətimizdə(oxu: insanlarımızda) bu soyuq silaha olan sevgi hardan qaynaqlanır?! Azərbaycanda ta qədimdən üzərində xəncər gəzdirmək ənənəsi olub. Xəncər əsrlər boyu özünümüdafiə silahı və status göstəricisi kimi istifadə olunub. Xəncərin aradan çıxdığı indiki dövrdə ortaya bıçaq çıxıb. O bıçaq ki, onu güc göstəricisi, qətl silahı, zəifliyi ört-basdır etmə aləti kimi istifadə edirlər. Xəncəri ərlər, ərənlər üzərində gəzdirirdisə, bıçağı əqidəsiz, pis niyyət güdən, məkrli, cəmiyyətə faydası olmayan gədəciklər daşıyır. Və təəssüflər olsun ki, bu gədəciklərin sayı durmadan artır.
Araz Əhmədov
Oxşar xəbərlər
“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
Türkiyədə voleybolçu həlak oldu - ACI XƏBƏR
“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat edildi
"İndiki uşaqlar futbol yox, telefonla oynayırlar" - Əfqan Talıbov
Bilet almaq istəyənlərin sayı durmadan artır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası