“Rusların beynəlxalq yarışlardan kənarlaşdırılmasını dəstəkləyirəm” -Ukraynalı oyunçu
"Monako"nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin "Marsel"in ukraynalı oyunçusu Ruslan Malinovski ilə qucaqlaşıb.
Sportfm.az xəbər verir ki, hadisə Fransa Liqa-1-in 20-ci turunda bu futbolçuların komandaları arasındakı matçdan (1:1) sonra baş verib.
Ukraynalı fanatlar həmyerliləri Malinovskiyə etiraz ediblər. Bundan sonra 29 yaşlı hücumçu açıqlama yayaraq hərəkətinə görə üzr istəyib. O, sosial şəbəkə səhifəsində yazıb:
“Monako"nun oyunçusunun jestinə cavab verdiyim üçün ukraynalılardan üzr istəyirəm. Başa düşürəm ki, onun yanından ötüb keçmək daha yaxşı olardı. Amma elə alındı ki, mənə yaxınlaşıb salam verdi. Oyundan sonra bütün oyunçular bir-biri ilə əl sıxır və mən bunu sırf mexaniki şəkildə etdim".
Malinovski qeyd edib ki, fərdi şəkildə olsaydı, o, heç vaxt indiki vəziyyətdə rusiyalı idmançıyla qarşılaşmazdı: "Çünki rusların beynəlxalq yarışlardan kənarlaşdırılmasını tam dəstəkləyirəm”.
Oxşar xəbərlər
Rusiyalı idmançılarla bağlı qadağanın müddəti uzadıldı
Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz etdi - Rusiyalı hakimə görə
İran ABŞ millisinə 10 oyunluq cəza tələb etdi - Qalmaqal
Rusiyalı gimnast bu hərəkətinə görə cavab verməli olacaq - FOTO
45 il sonra gələn antirekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası