reklam
Daha bir idmançı İrandan qaçdı
Sportfm.az xəbər saytı

Daha bir idmançı İrandan qaçdı


İranlı qadın idmançı Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.  
Sportfm.az xəbər verir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.

22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.

O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.

Oxşar xəbərlər

İranlı idmançı qızı təpiklə vurdu - VİDEO
Daha bir idmançı İrandan qaçdı - FOTO
İranın daha bir tanınmış idmançısı ölkəni tərk etdi
Nazir hicablı futbolçuları müdafiə etdi - Fransada
İslam Oyunlarında İranın bayraqdarı qadın idmançı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər