reklam
İranın daha bir tanınmış idmançısı ölkəni tərk etdi
Sportfm.az xəbər saytı

İranın daha bir tanınmış idmançısı ölkəni tərk etdi


İranlı idmançılar rejimin basqılarına, habelə hökumətin onlara qarşı biganə yanaşmasına görə bir-birinin ardınca ölkəni tərk etməyə davam edirlər.

Sportfm.az xəbər verirki, bu dəfə ölkəni tərk edərək digər dövlətlərə sığınan iranlı idmançılar sırasına İranın ağır atletika ilə məşğul olan tanınmış idmançısı Yekta Camali də qatılıb.

Onun Yunanıstanda komanda düşərgəsini tərk edərək yoxa çıxdığı bildirilir. O, ağır atletika sahəsində beynəlxalq medal qazanan ilk iranlı qadın idmançıdır.

Xatırladaq ki, bundan əvvəl yüzlərlə iranlı idmançı hökumətin ölkədə onlara qarşı biganə yanaşması, habelə təzyiq və basqılara məruz qoyması səbəbilə bir dəfəlik olaraq ölkəni tərk edib digər dövlətlərə sığınıblar.

Oxşar xəbərlər

İranlı qapıçı fanat xanıma görə futboldan uzaqlaşdırıldı
TƏCİLİ: İranlı idmançı beynəlxalq yarışlardan kənarlaşdırıldı
Azərbaycan idmançıları Ermənistanı tərk etdi
Əfqanıstanın futbol yığması ölkəni tərk etdi
Söhrab dünya rekordunu yenilədi - ABŞ-da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər