reklam
“Qalatasaray”a görə istefa verən azərbaycanlı baş məşqçi
Sportfm.az xəbər saytı

“Qalatasaray”a görə istefa verən azərbaycanlı baş məşqçi


30 yanvar - SSRİ dövründə və Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri, hücumçu mövqeyində çıxış edən azərbaycanlı keçmiş futbolçu və məşqçi. SSRİ İdman ustası (1966). Azərbaycan SSR-nin Əməkdar məşqçisi (1990). "Turan", Qarabağ,Neftçi klublarının keçmiş baş məşqçisi Ruslan Abdullayevin anım günüdür.

Ruslan Abdullayev 1944-cü il mart ayının 7-də Bakı şəhərində anadan olub.Futbolçu karyerasına 19 yaşında Bakının Neftyannik klubunda başlamışdır. İlk 3 mövsümdə 13 oyun keçirmişdir. Bundan sonra aşağı liqa təmsilçisi Dinamo Kirovabad klubunda və daha sonra yenidən karyerasını Neftyannikdə davam etdirdi. 1 il sonra keçmiş klubu Dinamoya qayıtsa da 1969-cu ildə yenidən Neftçiyə qoşulan Ruslan Abdullayev 1972-ci ildə elə bu klubun heyətində peşəkar karyerasını bitirmişdir.

1974-cü ildə Neftçinin məşqçisi oldu, lakin burada yalnız bir mövsüm işlədi. 1978-1979-cu illərdə Neftçinin baş məşqçisi Gennadi Bondarenkonun köməkçisi vəzifəsində çalışdı. Onun gedişindən sonra Ruslan Abdullayev də komandanı tərk etdi.

1982-ci ildə Abdullayev ilk dəfə baş məşqçi olaraq Araz Naxçıvan komandasına rəhbərlik etməyə başladı və 1 il Arazın baş məşqçisi kimi çalışdı. Daha sonra SSRİ dağılmadan öncə 5 il keçmiş klubu Neftçidə baş məşqçi kimi fəaliyyət göstərdi.

80-ci illərin sonunda bir müddət Əlcəzairdə işlədikdən sonra 90-cı illərdə Tovuzun "Turan", Mərdəkanın "Fərid" və "Dinamo" Bakı klublarına rəhbərlik etdi. "Turan" komandası ilə 2 dəfə ölkə çempionatının bürünc mükafatına sahib olub.

1994-1995-ci illər sezonunda Azərbaycanlı biznesmen Marat Manafovun sahibi olduğu Slovakiya çempionatının 3-cü liqasında mübarizə aparan Pyeştyani klubunda çalışdı[3]. Onun rəhbərliyi altında klub 2-ci liqaya yüksəlməyi bacarsa da yeni mövsümün başlamasına az qalmış M.Manafov ilə birlikdə klubdan ayrıldı. 1997-ci ildə yenidən Neftçinin baş məşqçisi təyin olundu[4]. Neftçi məhz onun rəhbərliyi ilə ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmək imkanı qazandı. 1-ci təsnifat mərhələsindən yarışa qatılan Neftçinin rəqibi isə Polşa təmsilçisi Vidzev Lodz klubu idi. Bütün məşqçilər heyətinin səylərinə baxmayaraq, layiqli oyun göstərə bilməyən Neftçinin UEFA Çempionlar Liqasındakı debütü heç də uğurlu alınmır. Belə ki Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşmada rəqibinə 0-2 hesabı ilə məğlub olan Neftçi səfərdə 0-8 hesabı ilə məğlub edilir.

Neftçidən ayrıldıqdan sonra mövsümün ortasından etibarən Gəncənin Kəpəz klubunun sükanı arxasına keçən Abdullayev, sezonun sonunda klubu Azərbaycan çempionatının qalibi etməyi bacardı.

1999-2000-ci illər sezonunda Türkiyəyə yollanan Ruslan Abdullayev yerli çempionatda çıxış edən Ərzurumsporun baş məşqçisi təyin olundu. Lakin həmin mövsüm Qalatasarayla oyunda komandasının 0-7 hesablı məğlubiyyətindən sonra istefa verdi.

Həyat yoldaşının vəfatından 40 gün sonra 30 yanvar 2002-ci ildə insultdan vəfat etdi.

Oğlu — Elxan Abdullayev peşəkar futbolçu və məşqçidir.

Oxşar xəbərlər

"Mən Azərbaycanın çörəyi ilə böyümüşəm" - Banişevskinin 75 yaşı tamam olur
Anatoli Banişevski - 73
"27" nömrə yenidən "Neftçi"də
Yaşasaydı 72 yaşı olacaqdı...
"Neftçi"yə yeni baş məşqçi təyin olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər