reklam
Sportfm.az xəbər saytı

"27" nömrə yenidən "Neftçi"də


"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək.

2009-2012-ci illərdə "Neftçi”də çıxış etmiş Abdullayev "Xəzər Universiteti”, "Xəzər Lənkəran”, "Qəbələ”, "Rəvan”, AZAL və "Zirə” klublarında da oynayıb. Azərbaycan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.

Rəşad Abdullayev futbolçu karyerasını başa vurandan sonra "Neftçi”nin U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O çıxış etdiyi bütün klublarda 27 nömrəli formanı daşıyıb.

Oxşar xəbərlər

Rəşad Abdullayev baş məşqçi oldu - Təyinat
Rauf Əliyev "Neftçi"də - FOTO
"Professor" "Neftçi"nin gənclərinə "dərs deyəcək"
Rəşad Eyubov "Neftçi"də - FOTO
Rəşad Abdullayev "İnter"də - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər