reklam
Qapıçı, prezident və pedofil! -
Sportfm.az xəbər saytı

Qapıçı, prezident və pedofil! -Fransa çalxalanır


Fransa həndbol milli komandasının əfsanəvi qapıçısı, hazırda Milli Həndbol Liqasının prezidenti olan Bruno Martini həbs olunub.

Sportfm.az xəbər verir ki, o, pedofiliya ittihamı ilə dəmir barmaqlıqlar arxasına düşüb.

Məlumata görə, Martininin əməli polisin iki illik əməliyyatından sonra aşkarlanıb. Fransa milli komandası ilə 1995 və 2001-ci illərdə dünya çempionu olan Bruno "azyaşlıları istismar etmək" və "uşaq pornoqrafiyasını çəkmək" ittihamı ilə saxlanılıb.

O, 2021-ci ilin sonundan rəhbərlik etdiyi MHL-in prezindenti postundan istefa verib. Martini müstəntiqlərə etiraf edib ki, o, 13 yaşlı uşaqla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb, ondan açıq-saçıq foto və videolar istəyib, görüşməyi təklif edib. O, Parisdəki evində həbs edilib.

Martini günahını etiraf edərsə, onu 5 il həbs cəzası gözləyir.

Oxşar xəbərlər

ŞOK - Arda Turanın anası həbs edildi
Millinin sabiq futbolçusu 15 ay həbs edildi
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Ronaldoya iki il həbs cəzası veriləcək
Türk qapıçı həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər