Azərbaycanlı olimpiya çempionu həbs edildi
Azərbaycanda tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarov həbs edilib.
Sportfm.az "qafqazinfo"ya istinadən məlumat verir ki, o, Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham olunur.
İstintaq müəyyən edib ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir neçə ay sonra isə həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu bir neçə dəfə yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub. Hazırda Elman Muxtarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.
Oxşar xəbərlər
İdman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırıldı
Qətl törədən azərbaycanlı idmançı ilə bağlı qərar verildi - Ukraynada
Avropa çempionumuz azadlığa çıxdı
Cavid Hüseynov azadlığa buraxıldı
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası