“Everton” Lempardı göndərdi
Frank Lempardla bağlı gözlənilən baş verdi. Rəhbərlik baş məşqçiyə hər nə qədər güvəndiyini bəyan etsə də, bu gün istefa reallaşdı.
Sportfm.az xəbər verir ki, “Everton” az öncə Lempardı postundan göndərdiyini rəsmən açıqladı. 44 yaşlı ingilis mütəxəssislə müqavilənin bitiminə ilyarım qalsa da, rəhbərlik onun uğursuz fəaliyyətinə cəmi bir il dözdü. Son turda digər autsayder “Vest Hem”ə 0:2 hesablı məğlubiyyət səbr kasasını daşırdı.
Lempard “Derbi”də cəmi bir mövsüm (2018/19) işləmişdi. O, “Çelsi”də daha uzun müddət – ilyarım qalsa da, fəaliyyətinə indiki kimi mövsümün yarısında (2021-ci ilin yanvarı) son verilmişdi.
“Everton”u 19-ci pilləyə endirən məşqçi Liverpul klubunda olduğu 44 matçda cəmi 12 qələbə gördü. 8 heç-heçə, 24 məğlubiyyət top fərqində də əksini tapdı – 43:71.
Oxşar xəbərlər
Premyer Liqa klubunda baş məşqçi istefası - Ayrılıq
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
“Çelsi” “Everton” səfərində - AFİŞA
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Frenk Lempard rəsmən "Çelsi"də - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası