reklam
Sportfm.az xəbər saytı

"Neftçi" Polşa klubuna yenildi


"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib. Oyun "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin yeganə qolunu 15-ci dəqiqədə Ağadadaş Salyanski vurub.

 

Qeyd edək ki, "Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edib (1:1). Komanda yanvarın 19-da  Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

"Neftçi" - “Medz Leqnisa” (Polşa) - 1:2

Qollar: Salyanski, 15 - Rodriqes, 49, 53

Oxşar xəbərlər

“Neftçi” “Srvena Zvezda”ya qarşı - Yoxlama görüşü
"Neftçi"nin oyunu ləğv olundu - TOPLANIŞ
"Neftçi" Macarıstan klubu ilə nə vaxt oynayacaq? - Dəqiqləşdi
“Neftçi” günü bir məşqlə başa vurdu - Toplanış
“Neftçi”nin qış hazırlıq planı - "Srvena Zvezda" ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər