reklam
Sportfm.az xəbər saytı

"Sivasspor" – "Qalatasaray" oyununun hakimi karyerasını bitirdi -Səhvə görə


Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının XVI turunda keçirilən "Sivasspor" – "Qalatasaray" oyunundan sonra bu addımı atıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub.

Oxşar xəbərlər

"Qalatasaray" - "Sivasspor" 2:0 - VİDEO
Etdiyi səhvə görə onu futboldan sildilər
"Qalatasaray" qalmaqallı matçı yenidən oynaya bilər - Müraciət
Məşhur futbol hakimi karyerasını bitirdi - Qərara etiraz
"Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər