reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Türkiyəyə yollandı -FOTO


Azərbaycan Premyer Liqasının son çempionu, hazırda turnir cədvəlinə liderlik edən "Qarabağ" qış fasiləsindəki təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qurban Qurbanovun komandası qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb. "Qarabağ" heyətini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyunu keçirəcək. Komanda yanvarın 13-də Polşa "Rakuv"u ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək. Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.









Oxşar xəbərlər

"Qarabağ" Antalya toplanışını başa vurdu, Gəncəyə uçdu
"Zirə"dən bir ilk - Toplanış üçün Antalyaya yollandı
"Qarabağ" Türkiyəyə yollandı
"Qarabağ" Antalyaya yollandı - FOTO
"Qarabağ" ölkəni tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər