reklam
“Xalqımızın sevgisini duyuruq” –
Sportfm.az xəbər saytı

“Xalqımızın sevgisini duyuruq” –Luka Modriç


Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç DÇ-2022 haqda fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, o, xorvatiyalıların paytaxt Zaqrebdə milli komandanın üzvlərini qarşılamasını bu sözlərlə ifadə edib:

“Təəssüratlarımız təzədir. Arzularım qəbul olundu. Nə deyə bilərəm? Fantastika! Yerli əhalinin bizi belə qarşılayacağını bilirdik. Lakin düzünü desəm, həmin gecə çox soyuq olduğu üçün izdihamın olacağını gözləmirdim. Bu, həqiqətən, bizə çox təsir etdi. Xalqımızın sevgisini duyuruq. Onlar bizim güc və motivasiya mənbəyimizdir.

Yanımızda xoşbəxtliyi bölüşəcək kimsə yoxdursa, kubok və medallar nəyə lazımdır? İnsanların üzündəki xoşbəxtliyi görəndə uğurumuzun mahiyyətini daha da yaxşı anlayırıq”.

Xorvatiya millisi DÇ-2022-də üçüncülük uğrunda matçda Mərakeşi məğlub edərək (2:1), bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

2022-ci ilin ən yaxşı oyun qurucusu - İFFHS
Xorvatiyadan dünya üçünlüyü - DÇ-2022
DÇ-2022-dən sonra karyerasını başa vuracaq
"Qızıl top"u dünya kuboku ilə dəyişərdim" - Luka Modriç
"Daha güclü Azərbaycan yığması gözləyirəm"- Luka Modriç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər