reklam
DÇ-2022-dən sonra karyerasını başa vuracaq
Sportfm.az xəbər saytı

DÇ-2022-dən sonra karyerasını başa vuracaq


Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç DÇ-2022-dən sonra yığmadakı karyerasını başa vuracaq.

Sportfm.az xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi öz açıqlamasında bildirib: "Mən artıq müəyyən yaşa çatdığımı və bunun Xorvatiya millisində sonuncu turnirim olduğunu bilirəm".

Qeyd edək ki, Modriç 2006-cı ilin martında milli komandada debüt edib. Kapitan Xorvatiya yığmasında 154 oyunda 23 qol vurub və 24 qolun ötürməsini verib.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Xorvatiya mundialda F qrupunda Belçika, Kanada və Mərakeş ilə mübarizə aparacaq. Yığma yarışda ilk oyununu noyabrın 23-ü Mərakeşə qarşı keçirəcək.

Oxşar xəbərlər

Modriç millidən getməyəcək - AÇIQLAMA
Xorvatiya Mərakeşə qarşı - DÇ-2022
Kanada millisinin yekun heyəti - DÇ-2022
Luka Modriç mükafatlandırıldı
Luka Modriç balaca qızın məktubuna cavab verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər