Xorvatiyadan dünya üçünlüyü -DÇ-2022
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyun keçirilib.
Sportfm.az xəbər verir ki, bürünc medal uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər. “Xəlifə” stadionunda keçirilən oyunu qətərli FİFA referisi Əbdülrəhman Əl-Cassim idarə edib.
Xorvatiya millisi qələbə qazanacağı halda tarixində ikinci dəfə dünya üçüncüsü olacaqdı. Onlar ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək, bu titula sahib çıxmışdılar.
Mərakeş isə tairixində ilk dəfə mundialda bürünc medallar uğrunda mübarizə aparıb. Üç qolun qeydə alındığı matç məhz xorvatların qələbəsiylə yekunlaşıb.
Dünya çempionatına dekabrın 18-də Argentina və Fransa komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
DÇ-2022, 3-cü yer uğrunda oyun
17 dekabr
Xorvatiya – Mərakeş 2:1
Qol: Yoşko Qvardiol, 7. Mislav Orşiç, 42 – Əşrəf Dari, 9.
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
“Xəlifə” stadionu
Xorvatiya: 1. Dominik Livakoviç, 2. Yosip Stanişiç, 4. İvan Perişiç, 7. Lovro Mayer, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 14. Marko Livaya, 18. Mislav Orşiç, 20. Yoşko Qvardiol, 24. Yosip Şutalo.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 7. Hakim Ziyeş (k), 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf Ən-Nəsir, 18. Vavad Əl-Yamiq, 20. Əşrəf Dari, 23. Bilal Əl-Xannus, 25. Yəhya Attiat-Alla.
Oxşar xəbərlər
Xorvatiya - Mərakeş - START HEYƏTLƏR
Xorvatiya Mərakeşə qarşı - DÇ-2022
Mərakeş yarımfinalda - SENSASİYA davam edir
Xorvatiya və Mərakeş 1/8 finalda, Belçika isə.... Dünya çempionatı
Yaponiyadan sensasion nəticə - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası