reklam
Ronaldo 200 milyon avro qazanacaq -
Sportfm.az xəbər saytı

Ronaldo 200 milyon avro qazanacaq -Fantastika


Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldunun Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçidi rəsmiləşib.

Sportfm.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl “Mançester Yunayted”lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib. O, yeni klubunda da 7 nömrəli formanı geyinəcək.

Oxşar xəbərlər

Ronaldo 200 milyon avrosundan keçməli olacaq
Axır ki, Ronaldonun klubu bilindi
Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçdi
Ronaldo Səudiyyə Ərəbistan klubuna keçir - 2,5 illik müqavilə imzalanacaq
Ronaldo üçün 75 milyon avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər