Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldo Səudiyyə Ərəbistan klubuna keçir -2,5 illik müqavilə imzalanacaq
"Mançester Yunayted"dən ayrılan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçməyə yaxındır.
Sportfm.az xəbər verir ki, portuqaliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanacağı gözlənilir.
Ronaldonun “Əl-Nəsr”də keçirdiyi hər mövsümə görə 200 milyon avro qazanacağı bildirilib. Bu məbləğə maaş və reklam gəlirləri daxildir.
37 yaşlı hücumçunun idman ambisiyalarını azaltmağa və zəif liqadan bir kluba keçməyə hazır olduğu qeyd olunub. Avropa klublarından heç biri Ronaldoya "Əl-Nəsr"lə müqayisə oluna bilən təklif etməyib.
Xatırladaq ki, bir müddət əvvəl Ronaldonun “Mançester Yunayted”lə müqaviləsinə xitam verilmişdi. İndi forvard azad agent statusundadır.
Oxşar xəbərlər
Ronaldo 200 milyon avrosundan keçməli olacaq
Ronaldo və Messi üz-üzə - Matç baş tutacaqmı?
Ronaldo 200 milyon avro qazanacaq - Fantastika
Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçdi
Ronaldo üçün 75 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası