reklam
“Neftçi” yarımfinalda -
Sportfm.az xəbər saytı

“Neftçi” yarımfinalda -Azərbaycan Kuboku


Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu gün daha 2 görüş keçirilib.

"Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşıb. Oyunun əsas vaxtı "Neftçi"nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk oyunda "Zirə" 1:0 hesablı qələbə qazandığından görüşdə əlavə vaxt oynanılıb. Burada daha bir qol vuran "Neftçi" 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Qəbələ" "Səbail"lə, "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq.

 

20 dekabr (çərşənbə axşamı)

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19:00. “Neftçi” – “Zirə” - 3:1

Qollar: Yeqor Boqomolski, 3 (1:0), Emin Mahmudov, 45+1 (2:0), Loris Broqno, 89 (2:1), Kenni Sayef, 95 (3:1)

Qırmızı vərəqələr: Təmkin Xəlilzadə, 120, Hacıağa Hacılı, 121 (hər ikisi "Zirə", 2-ci sarı vərəqə)

Reallaşdırılmayan penalti: Hamidu Keyta ("Zirə"), 111 - qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov

(“Bakcell Arena”)

İlk oyun  - 0:1

Oxşar xəbərlər

"Turan Tovuz" yarımfinalda - Azərbaycan Kuboku
Bu gün növbəti yarımfinalçılar müəyyənləşəcək - Azərbaycan Kuboku
"Qəbələ" "Qarabağ"ı məğlub etdi - Azərbaycan Kuboku
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
"Zirə" "Neftçi"yə qalib gəldi - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər