reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Qarabağ"ı məğlub etdi -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başlayıb. "Qəbələ" evdə "Qarabağ"ı qəbul edir.  Qarşılaşma saat 16:00-da başlayıb. "Azersun Arena"dakı ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

Digər matçda isə "Sabah" "Səbail"lə doğma meydanda üz-üzə gələcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"dakı ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19 dekabr

16:00. "Qəbələ" - "Qarabağ" - 1:0

Qol: Ramon Maçado, 71

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
İlk oyun - 2:2
Qəbələ şəhər stadionu

19:00. "Sabah" - "Səbail"

Hakimlər: Elçin Məsiyev, Zeynal Zeynalov, Pərvin Talıbov, Rəşad Əhmədov
İlk oyun - 2:3
"Bank Respublika Arena"

20 dekabr (çərşənbə axşamı)

14:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu

İlk oyun - 2:1
Tovuz şəhər stadionu

19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov

İlk oyun  - 0:1
“Bakcell Arena”

 

Oxşar xəbərlər

"Zirə" "Qəbələ"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
Bu gün növbəti yarımfinalçılar müəyyənləşəcək - Azərbaycan Kuboku
1/4 finalın cavab oyunlarının hakimləri - Azərbaycan Kuboku
Yarımfinalın ilk iştirakçıları bəlli olacaq - Azərbaycan Kuboku
"Neftçi" - "Qarabağ" oyununun hakimləri - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər