reklam
Millimizin rəqibi baş məşqçini CV ilə seçəcək -
Sportfm.az xəbər saytı

Millimizin rəqibi baş məşqçini CV ilə seçəcək -Yenilik


AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Belçika yığmasının yeni baş məşqçisi CV vasitəsilə seçiləcək.

Sportfm.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası artıq bununla bağlı rəsmi saytda elan verib.

Bildirilib ki, Roberto Martinesin xələfi hazırkı məşqçilər heyəti ilə işləməli və yığmanı yeni uğurlara aparmalıdır. Bundan başqa, yeni baş məşqçi ilə bağlı əlavə kriteriyalar da tələb kimi qoyulub.

Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.

Oxşar xəbərlər

Avro-2024-lə bağlı yeni qərar - RƏSMİ
İtaliya klubunun oyunçusu millimizə qarşı oynayacaq - AVRO-2024
Millimizin Avstriya ilə oyununun biletləri satışda - AVRO-2024
Yeni stadionda ilk oyun Azərbaycana qarşı olacaq
Azərbaycan yığmasının oyunlarının təqvimi bilindi - AVRO-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər