“Turan Tovuz” “Neftçi”yə qarşı -Misli Premyer Liqası
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, turun son oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.
Hazırda "ağ-qaralar" 32 xalla 3-cü, bölgə klubu isə 16 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında cəmi 1 dəfə qarşılaşıblar. Cari mövsümün I dövrəsinə təsadüf edən qarşılaşmada hesab açılmayıb.
Azərbaycan Premyer Liqası
XVII tur
15 dekabr (cümə axşamı)
14:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" "Qəbələ"yə 1:0, "Sumqayıt" "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Sabah" isə Gəncədə "Kəpəz"lə məhsuldar sülhə razılaşıb - 2:2.
Oxşar xəbərlər
"Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq - Misli Premyer Liqası
Tovuzda önəmli qarşılaşma -
"Turan" "Sumqayıt"la üz-üzə - YENİLƏNİR
"Neftçi" bu dəfə də uduzsa.... Misli Premyer Liqası
"Kəpəz" "Sabah"a, "Sumqayıt" "Səbail"ə qarşı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası