reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq -Misli Premyer Liqası


Bu gün futbol üzrə Mİsli Premyer Liqasımda XXVII tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, sonuncu gündə daha iki oyun keçiriləcək.

İlk matç Tovuzda baş tutacaq. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 35 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu 63 xalla liderdir.

Tura "Sumqayıt" - "Sabah" qarşılaşması ilə yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi 39 xalla 4-cü, qonaqlar 37 xalla 5-ci yerdədir.

Azərbaycan Premyer Liqası, XXVII tur

16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulur
"Zirə" "Kəpəz"ə, "Araz-Naxçıvan" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
“Neftçi” “Səbail”ə qarşı - Misli Premyer Liqası
Mehdi Hüseynzadədə ilk qarşılaşma - YENİLƏNİR
“Qarabağ” Tovuz səfərində, “Neftçi” “Səbail”ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər