Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngiltərə yığmasında qalmaqal -DÇ-2022
İngiltərə millisinin üzvü Ben Uaytın yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi bəlli olub.
Sportfm.az xarici mətbuata xəbər verir ki, 25 yaşlı müdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Hollandla yola getməyib.
Mənbənin məlumatına görə, futbolçu komandadakı durumundan narazı olub. Meydana çıxmaq şansı qazanmayan Uayt ABŞ-la oyun öncəsi futbolçuların yanında Hollandla dalaşıb.
Bundan sonra onun millidən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi sayt Uaytın şəxsi səbəblərə görə İngiltərəyə qayıtdığını açıqlamışdı.
Oxşar xəbərlər
Qaret Sautqeytin müqaviləsi uzadılacaq
Millinin baş məşqçisi ilə bağlı qərar verildi - Postunda qalacaq
Evinə oğrular girdi, millidən getdi - Hadisə
Övladı oldu, dünya çempionatını tərk etdi
İngiltərə millisində yeni baş məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası