Güləşçilərimiz Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək.
Sportfm.az xəbər verir ki, sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq.
Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək.
Qadın güləşində isə Dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq. Bu kollektiv B qrupunda Çin və ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır.
Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanlı güləşçi üçüncü oldu - Dünya Kuboku
Dünya Kubokunun proqramı müəyyənləşdi - SİYAHI
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq
Qadın güləşçilərimiz dünya kubokunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
XI turun oyun cədvəli - II Liqa
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazandı















Misli Premyer Liqası