“Advokat” beynəlxalq turnirə dəvət aldı
Futzal üzrə Azərbaycan İkinci Liqasında çıxış edən “Advokat” komandası vəkillər arasında təşkil edilən (7*7) beynəlxalq turnirdə iştirak edəcək.
Sportfm.az xəbər verir ki, “Siciliya Vəkillər Kuboku-2022” dekabrın 8-dən 12-dək İtaliyanın Kataniya şəhərində keçiriləcək.
Dekabrın 7-də adıçəkilən turnirə qatılmaq üçün səfərə çıxacaq “Avdokat” Azərbaycan Futzal Federasiyasına müraciət edib və komandanın dekabrın 11-də IX tur çərçivəsində “Çinar-Zəngilan”la keçirilməli olan oyununu təxirə salmağı xahiş edib. Komandanın beynəlxalq turnirə qatılmasına dəstək məqsədi ilə federasiya müraciəti müsbət cavablandırıb. Buna görə də “Çinar-Zəngilan”la qarşılaşma “Advokat” Bakıya döndükdən sonra keçiriləcək.
Oxşar xəbərlər
“Xan-Lənkəran” İkinci Liqada mübarizə aparacaq
Azərbaycan komandası Gürcüstandakı turnirdə
Təxirə salınmış oyunların vaxtı bilindi
İkinci Liqada lider dəyişdi
Futzal üzrə İkinci Liqada oyun cədvəli məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026














Misli Premyer Liqası